Dolça bürcü qadını xüsusiyyətləri

Dolça bürcü qadını dostcanlı, mehriban və ünsiyyətcil xüsusiyyətə sahibdir. Bu xüsusiyyəti sayəsində ətrafındakı insanlar tərəfindən çox sevilir. Eyni zamanda dolça bürcünün yanında asanlıqla heç kim darıxmır. Olduqca ağıllı olan bu bürcün sahibi ilə zaman keçirmək çox insana zövq verir. Dolça bürcü qadını daha çox məntiqlə hərəkət edir və qərar verərkən öz düzgünlüyünə güvənər.
Şən olmaqla yanaşı bu bürc altında doğulan qadınlar soyuqqanlı və sərhədlidir.
Digər planetlərdən fərqli olaraq dolça bürcünü bir yox, iki planet idarə edir.
Soyuqqanlı və intizamlı olmağı Saturndan, unikal və fərqli olmağı isə Uran planetindən alır.
Həmçinin, Dolça bürcü qadınları müstəqilliklərinə ən çox düşkün olan insanlardır. Onların fikrincə, onlara şərt qoyulmağı və rahatlıqlarıa mane olmaq azadlığını əlindən almağa bərabərdir.
Yaradıcı ruha sahib olduqları üçün hər zaman ətrafdakı insanların heyranlığını və rəğbətini qazanırlar.
Hava ünsürü olan bu bürclər əsasən sabitfikirli olsalar da, bəzən fikirləri dəyişkən ola bilir.
Fərqli fikirlər yaratmağı sevir, yeniliklərə həvəslidirlər. Əylənməyi, əyləndirməyi və kəşf etməyi sevirlər.

Dolça bürcü qadınının müsbət xüsusiyyətləri

Dolça bürcü qadını qurucu xüsusiyyətə malikdir. Yalanı və ikiüzlülüyü qətiyyən sevmirlər. İşlərinə qarışılmağı sevmədiyi üçün başqalarının da işlərinə qarışmazlar. Dostları ilə zaman keçirməyi çox sevirlər. Həmçinin, ətrafında olan hər kəsə köməklik göstərərlər. Adət-ənələrə hər zaman hörmət etsələr də, öz normaları çərçivəsində yaşayarlar.

Dolça bürcü qadınının mənfi xüsusiyyətləri

Dolça bürcü qadını bəzən soyuqqanlı və çox sirli ola bilir. Eyni zamanda üsyankar şəxsiyyətə malikdir. Ağıllı olduqlarının fərqindədilər və buna görə bəzən təkəbbürlü davranırlar. Əyləncəyə çox düşkündülər və buna görə bəzən münasibətlərində çətinlik çəkirlər. Bəzən də nəzakətsiz davrana, düşünmədən danışa bilirlər.

Dolça bürcü qadını sevgi həyatı

Dolça qadınları çox əyləncəli və sosial xarakterə sahib olduqları üçün bəzən münasibətlərini davam etdirməkdə çətinlik çəkə bilir. Onlar çox tez sıxılır və yeni şeylər yaşamaq istəyir. Heç kimin azadlığına, müstəqilliyinə qarışmasını istəmir. Özü kimi intellektual və ağıllı biri ilə münasibət qurmaq istəyir.

Dolça bürcü qadını karyerada

Dolça bürcü qadınları iş həyatında çox təşəbbüskar, araşdırmaçı və yeniliklərə açıqdır. Liderlik ruhu sayəsində komanda işini əla bacarırlar. Nizam və intizamla işləməyi sevir. Yaradıcı olduğu üçün bu sahədə olduqca uğurlu olurlar.

Məşhur dolça bürcü qadınları

Virginia Woolf, Rosa Parks, Shakira, Jennifer Aniston, Amal Clooney, Paris Hilton, Ellen DeGeneres, Alice Walker, Alicia Keys, Oprah Winfrey, Natalie Dormer, Frances McDormand, Kelly Rowland, Emma Roberts, Elizabeth Olsen, Laura Dern, Isla Fisher, Diane Lane, Sheryl Crow

Digər məqalələrə baxın...

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir