Bürclərin insana təsir etdiyini iddia edən astrologiyaya aiddir. Astrologiya göy cisimləri, onların hərəkətləri ilə yerdəki insanların xarakterləri, sosial münasibətləri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və inancların bütünlükdə adıdır. Astrologiya şərqdə “elmi-nücum”, “ulduz falı” və başqa adlarla adlandırılmışdır.

Hər ikisi də göy cisimlərinin hərəkətlərini müşahidə etdiyi üçün astronomiya ilə astrologiya elmi bir-biri ilə qarışdırılmışdır. Kosmik araşdırmalar ilə məşğul olan astronomiya müstəqil elm sahəsidir. Astrologiya akademik mətbuatda elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir.

Digər məqalələrə baxın...

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir